Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.
O, Paşinyanın Vanadzorda təşkil olunmuş mətbuat konfransı zamanı müdafiə sahəsi və silahlı qüvvələrlə bağlı səsləndirdiyi fikirlərə toxunaraq qeyd edib ki, göstərilən rəqəmlər kontekstdən kənardır.
“Bəzən bəzi şeylər müqayisəolunmaz “bir tərəzi” ilə ölçülür. Məsələn, Paşinyan deyir ki, hücum vasitələri və silah-sursat 10-15 faiz artıb. Ədədlə ölçülür, yoxsa kilo ilə? “İsgəndər” də, tank da, qumbaraatan da hücum vasitəsidir. Silah-sursatı hücum vasitələri ilə hesablamaq necə ola bilər? Onun bildirdiyi rəqəmlərin əksər hissəsini yoxlamaq mümkün deyil. Nə istəsə, bildirə bilər. O, çox yaxşı bilir ki, bunu yoxlamaq mümkün deyil”, - deyə Vrtanesyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az